(R) Londonda "Eba. Best Enterprises. Achievenments. 2013" liderlərinin sammiti keçirilib
21 may 2013 13:00 (UTC +04:00)

(R) Londonda "Eba. Best Enterprises. Achievenments. 2013" liderlərinin sammiti keçirilib

11-12 aprel 2013-cü il tarixində İngiltərənin paytaxtı Londonda  “Avropa Bizness Assambleyası” tərəfindən təşkil edilmiş “EBA.Best Enterprises. Achievements 2013” Liderlər Sammiti keçirilib.

 

Forumun məqsədi – Avropa Biznes Assambleyasının “Dünyanın effektiv idarəetmə sahəsində dinamik inkişaf edən şirkətlər ”reytinqinə daxil olan şirkətlərin və onların rəhbərlərinin şəxsi nailiyyətlərinin təqdimatı idi.

 

Sammitin əsas tədbirləri işgüzar əməkdaşlığın ən iri mərkəzi hesab edilən 1903-cü ildə təsis edilmiş Direktorların Kral İnstitutunda keçirilib.

 

Liderlər sammitində tikinti və memarlıq, sənaye və maliyyə, biznesin idarəedilməsi, tibb, təhsil sahəsində uğurla çalışan qabaqcıl şirkətlərin 120-dən artıq rəhbəri və aparıcı mütəxəssisi iştirak edib. 

 

Sammit zamanı  Böyük Britaniyanın aparıcı iş adamları, siyasətçiləri və ictimai xadimləri sammitin əsas bölmələrinin moderatorları kimi çıxış ediblər.

 

Forumun kulminasiya nöqtəsi hesab edilən Sokrat mərasimi zamanı ən yaxşı şirkətlər və onların rəhbərləri Avropa fərqlənmə nişanları ilə mükafatlandırılıb.

 

Qürur və sevinc hissi ilə bildirmək istərdik ki, “İDEAL” şirkəti “Ən yaxşı müəssisə” nominasiyası, Şirkətin Baş Direktoru cənab İlqar İsmayılov isə “İlin top meneceri” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.

 

Bu mükafatlar daim inkişaf edən “İDEAL” şirkətinin müvəffəqiyyətini bir daha vurğulayaraq, şirkətin milli biznes elitasını dünyada ləyaqətlə təmsil etdiyini sübut edir.

“İDEAL” şirkəti artıq bir neçə dəfə Avropada beynəlxalq mükafatlara layiq görülüb. İnanırıq ki, əldə olunmuş bu nailiyyətlər Avropada və dünyada Azərbaycan şirkətləri haqqında müsbət imicin formalaşmasına kömək edəcək!

 

Xatırladaq ki, “Avropa Biznes Assambleyası” Şərqi Avropa ölkələrində regionların iqtisadi və sosial inkişafı, layihələrin hazırlanması və tətbiqi üzrə beynəlxalq korporasiyadır.

Qeyri-hökumət təşkilatı olan Avropa Biznes Assambleyasının əsas missiyası - şirkətlərin Avropa iqtisadi cəmiyyətinə inteqrasiyası üçün real şərait yaratmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533
avatar

Oxşar yazılar