Bu haqda Gilan Qəbələ Konserv Zavodunun PR-meneceri Tamilla Abdullayeva bizim saytımıza ətraflı məlumat verdi: “20-ci Beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisi “PROD EKSPO-2013” 11-15 fevral tarixində “Ekspo Mərkəzinin” Mərkəzi sərgi kompleksində keçirilmişdir.
Dünyanın 63 ölkəsindən 2200-dən artıq şirkət Krasnaya Presnya meydanındakı MSK-nin bütün pavilyonlarında 47 min kv.m (netto) və ya 100 min kv.m (brütto)-dən artıq sahədə öz məhsullarını, nou-xau və yeni texnologiyaları nümayiş etdirmişlər.
Sərgi RF Kənd Təsərrüfatı Nazirliyi və Moskva Hökumətinin yardımı ilə, RF Sənaye Palatasının hamiliyi altında “Ekspo Mərkəzi” tərəfindən keçirilmişdir.
“PROD EKSPO-2013” sərgisi əsas göstəricilərə görə tarixinin rekordunu qazanmışdır. “Ekspo Mərkəzi” QSC-nin Baş direktoru Sergey Bednovun qeyd etdiyi kimi, 1994-cü ildən sərgiyə baxış beş dəfə artmışdır.
“Qəbələ konserv zavodu Gilan” MMC-nin artıq özünü doğrultmuş yeni məhsulunun da təqdim olunduğu Azərbaycanın stendi bu sahə üzrə peşəkarların və sərginin çoxsaylı ziyarətçilərinin böyük marağına səbəb olmuşdur.
Azərbaycanın gözəl tərtib edilmiş guşəsində istehlakçıların diqqətinə “Jalə” ticarət markasının təbii və ekoloji təmiz meyvə şirələri və nektarları, “Bağdan” ticarət markasının meyvə-giləmeyvə kompotları və mürəbbələri təqdim olunmuşdur.
Pavilyonun bütün ziyarətçiləri göz və zövq oxşayan məhsulların yüksək keyfiyyətinə öz heyranlıqlarını və məftunluqlarını bildirirdilər.
Pavilyonda fəaliyyət göstərdiyi illər ərzində dünyanın 25-dən artıq ölkəsində şöhrət qazanmış zavod haqqında çox sayda çap məhsulları, rəqəmli daşıyıcılar təqdim olunmuşdu.
“Qəbələ konserv zavodu Gilan” MMC-nin xarici-iqtisadi əlaqələr şöbəsinin direktoru Elin Zalov öz planları ilə bölüşərək, qeyd etdi: “Biz Rusiya bazarında daha geniş şəkildə təmsil olunmaq niyyətindəyik”.
“Sərgidə bizim əsas məqsədlərimizdən biri dost ölkədə ticarətin bütün istiqamətlərində distributor və təmsilçilərin dairəsini genişləndirməkdir”.
20-ci Yubiley Beynəlxalq “PROD EKSPO-2013” sərgisinin çərçivələrində qida və emal sahəsinin “Ən yaxşı qida məhsulu-2013” dequstasiya müsabiqəsi keçirilmişdir.
İstehsalçıların dəstəklənməsi, onların məhsullarının assortimentinin genişləndirilməsi və təşviq edilməsi məqsədi ilə RF Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi dequstasiya komissiyasının himayəsi altında “Aqroeksposervis” şirkəti tərəfindən Aparıcı sahə müsabiqəsi təşkil edilmişdir.
Müsabiqədə 461 müəssisədən 1475 məhsul nümunəsi təqdim olunmuşdur.
Nar - albalı nektarının, nar-alma və nar-üzüm şirələrinin təqdim olunmuş nümunələri alqışlarla qarşılanmış və müsabiqə komissiyasının bütün üzvlərini yaxşı mənada təəccübləndirmişdir. Narın heyrətamiz keyfiyyəti, digər meyvələrlə nəfis birləşməsi və məhsulun təbii olması münsiflər heyətinin bütün üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və Qızıl Medal və Diploma layiq görülmüşdür.
MDB ölkələri üzrə şöbənin əməkdaşı Sədrəddin Bəşirovun “Qida sənayesinin inkişafına verilən töhfəyə görə” nominasiyasında Medal və Diploma layiq görülməsi daha bir sevindirici fakt olmuşdur.
Bu müsabiqələrdəki qələbə, rəqabətli mübarizədə artıq əldə edilmiş mövqelərin gücləndirilməsi, biznesin genişləndirilməsi və yeni bazarlara çıxışların artırılması üçün əlavə imkanlar yaradaraq, istehsalçının nüfuzunu və onun istehsal etdiyi məhsulların etibarlılığını artırır .