(R) DəmirBank saytında BillPay on-layn ödənişləri üzrə daha 4 qalib müəyyən olunub
24 dekabr 2012 16:32 (UTC +04:00)

(R) DəmirBank saytında BillPay on-layn ödənişləri üzrə daha 4 qalib müəyyən olunub

 

 

DəmirBank-ın saytından BillPay on-layn ödənişləri üzrə lotereyanın 2-ci tirajı keçirilib. Qaliblərə e-mail ilə nəticələr barədə məlumat verilib.

 

Şərtlərə görə BillPay sistemi ilə on-layn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak ediblər. Ümumilikdə lotereyada 2 ədəd HP mininotu, 2 ədəd Canon fotoaparatı, Ideal mağazalar şəbəkəsinin 2 ədəd və Music Gallery mağazalar şəbəkəsinin 2 ədəd olmaqla, hər biri 100 manatlıq kuponlar oynanılıb.

 

Qeyd edək ki, ödənilən hər 1 manat üçün istifadəçi 100 bonus xalı əldə edib. Lotereyada iştirak etmək istəyənlər şanslarını özləri müəyyən edirdilər. Belə ki, HP mininotu üçün 1500, Canon fotoaparatı üçün 400, kuponlar üçün isə 200 bonus xalı tələb olunurdu.

 

Plastik kart sahibləri BillPay on-layn ödəniş xidməti vasitəsi ilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, İnternet provayder və kabel TV xidmətlərinin on-layn ödənişini həyata keçirə bilər.

 

DəmirBank plastik kartlar üzrə “5 manata” və “Pulsuz” kampaniyalarını keçirir. “5 manata kart” kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. “Pulsuz” kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

 

# 591
avatar

Oxşar yazılar