Qələbə Günündə veteranlara vaxtı keçən qidalar  verdilər
11 may 2024 16:05 (UTC +04:00)

Qələbə Günündə veteranlara vaxtı keçən qidalar verdilər

Rusiyanın Novovoronej şəhərində veteranlara Qələbə Günündə bir sıra keyfiyyətsiz qidalar verilib. Bu barədə veteranlardan birinin nəvəsi Anna Strelnikova məlumat verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun sözlərinə görə, yemək payı iki kolbasa, iki pasta, pendir və balıqdan ibarət olub. O, ətin dadının çürük, balığın isə qəhvəyi rəngdə olmasına görə məhsulların keyfiyyətsiz olduğunu qeyd edib.

Novovoronejdən olan cəbhə işçisi və əmək veteranı Vera Şaikina da eyni dəsti alıb. Təqaüdçünün qızının dediyinə görə, qidaların qoxusu və son istifadə tarixi etiketlərinin olmaması ilə dərhal şübhələnib.

Qadın hədiyyənin göndərildiyi Veteranlar Şurasına şikayət etmək qərarına gəlib. Orada başqa bir hədiyyə seçməyi təklif ediblər və çürük yeməyi geri qaytarmağı istəyiblər.

Veteranların qohumları da Novovoronej administrasiyasına şikayət ərizələri ilə müraciət edərək, onlara məhsulların müəyyən bir sahibkar tərəfindən alındığını izah ediblər. Onun adını nə Veteranlar Şurası, nə də meriya açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3366
avatar

Oxşar yazılar