Baş Kəşfiyyat İdarəsinin generalı axtarışa verildi
11 may 2024 13:28 (UTC +04:00)

Baş Kəşfiyyat İdarəsinin generalı axtarışa verildi

Çexiyada polis Rusiya Baş Kəşfiyyat İdarəsinin məxfi xidmətinin generalı Andrey Averyanovu axtarışa verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çexiya polisi onun 2014-cü ildə ölkənin şərqindəki Vrbetiça kəndindəki silah-sursat anbarlarında törədilən partlayışlarda əli olduğunu iddia edir.

Polisin məlumatına görə, Zlin vilayətinin Vrbetiça kəndindəki anbarlarda partlayışların təşkilatçıları Averyanovun “bölmə zabitləri”, Aleksandr Mişkin və Anatoli Çepiqa olub.

Qeyd edilir ki, Rusiya kəşfiyyatı guya silah şirkəti “Imex Group”un işi barədə məlumatı onun əməkdaşı olan Nikolay Şapoşnikovdan alıb. Şapoşnikov agentlərə anbarlara baş çəkmək üçün də icazə verib.

Aprelin sonunda Çexiya polisi Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini ölkədəki silah-sursat anbarlarında baş verən iki partlayışda iştirakda ittiham edib. Söhbət 2014-cü ilin sonunda Almaniyanın “İmex” şirkətinin Vrbetiçadakı sursat anbarlarında baş vermiş partlayışlardan gedir. Orada yerləşən mərmilər Ukraynaya satış üçün nəzərdə tutulub. Partlayışlar nəticəsində dəyən ziyan bir milyard krondan çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3617

Oxşar yazılar

NASA-da qalmaqal   – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

NASA-da qalmaqal – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

16 may 2025 , 06:59
Trampın on birinci nəvəsi  dünyaya gəldi

Trampın on birinci nəvəsi dünyaya gəldi

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33