Co Baydenin prezidentliyi dövründə ABŞ-nin Ukraynaya yardımının həcmi 51,3 milyard dollara çatıb.
Lent.az xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsi başlayandan transfer edilən yardımın həcmi 50,6 milyard dollar təşkil edib.
Bundan öncə Bayden bəyan edib ki, Vaşinqton Kiyevə 400 milyon dollar dəyərində yeni hərbi yardım verəcək.