Əməliyyatda ölən vəkillə bağlı TƏBİB-dən AÇIQLAMA
11 may 2024 12:02 (UTC +04:00)

Əməliyyatda ölən vəkillə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi Vəkillər Kollegiyasının üzvü Fuad Qasımzadə dünyasını dəyişib.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qasımzadə Fuad Nail oğlu mayın 8-də səhər saat 09:10-da kəskin kalkulyoz xolesistit və yayılmış peritonit diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edib.

Təcili yardıma müraciət edərkən vəziyyəti ağır qiymətləndirilib. Xəstədə fiziki müayinədə kəskin qarın və ağır septiki klinik əlamətləri mövcud olub. KT müayinəsi zamanı öd kisəsində güclü iltihab əlamətləri, öd kisəsinin içərisində çoxsaylı daşlar, bütün qarın boşluğunda çoxlu miqdarda maye izlənilib. Laborator analizlərdə qanda iltihab dəyərlərinin və qaraciyər-böyrək göstəricilərinin normadan çox olması müşahidə olunub. Xəstədə septik tablo və buna bağlı multiorqan çatışmazlığı əlamətləri müşahidə olunub.

Mayın 8-də xəstə Cərrahiyə şöbəsinə qəbul edilib. Konsiliumun qərarı ilə təcili cərrahiyyə əməliyyatı planlaşdırılıb. Əməliyyat zamanı xəstədə kəskin fleqmanoz qanqrenoz kalkulyoz xolesistit, yayılmış ödlü peritonit,  sepsis və buna bağlı qaraciyərdə hepatit əlamətləri görülüb. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən xəstədə kəskin qaraciyər, böyrək və multiorqan çatışmazlığı davam edib.

Bir gün sonra saat 12:50-də görülən bütün tədbirlərə baxmayaraq, bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, xəstənin yaxınlarının dediyinə görə, Fuad Qasımzadə xəstəxanaya daxil olmazdan əvvəl başqa həkim tərəfindən ev şəraitində venadaxili infuziyalar, antibiotikoterapiya və güclü ağrıkəsicilərlə müalicə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4254
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21