Amerikalı aktrisa Hilari Daff dördüncü dəfə ana olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, xəbərinə görə Hilari Daff və əri, müğənni Metyu Komanın dördüncü övladı dünyaya gəlib. Doğuş hovuzda baş verib.
Aktrisa qızı üçün seçdiyi adı da açıqlayıb. O, qızının adını Tovnes Meda Bare qoyub. Ulduz evində doğuşdan görüntüləri "Instagram" səhifəsində paylaşıb.
Hilari Daff və Metyu Koma 2019-cu ildə nişanlanıblar. Koma aktrisanın ilk əri deyil. Bundan əvvəl o, xokkeyçi Mayk Komri ilə evli olub. Cütlüyün bir oğlu var idi. İndi ulduz cütlük dörd uşaq böyüdür.