“Qanuni oğru” və  cinayətkar dəstənin   üzvləri saxlanıldı
10 may 2024 19:22 (UTC +04:00)

“Qanuni oğru” və cinayətkar dəstənin üzvləri saxlanıldı

İrəvanda kriminal dairələrdə “B.X.” kimi tanınan “qanuni oğru” saxlanılıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, o, 2020-ci ilin fevral ayında cinayət iyerarxiyasındakı yüksək statusundan istifadə edərək iki vətəndaş arasında 7 milyon dram (təxminən 39 min dollar) borc və “Mercedes” markalı avtomobillə bağlı mübahisəni həll etməyi öhdəsinə götürüb.

Məlum olub ki, kriminal avtoritet telefon zəngləri etməklə, habelə kompüter oyunları klubu vasitəsilə sifarişlər ötürməklə vəsaiti “alıblar”.

2024-cü il yanvarın 17-də o, mübahisənin həlli ilə bağlı gələcək addımları və tərəflərin davranışını müzakirə etmək üçün kompüter klubunda “toplantı” təşkil edib.

Onun barəsində toplanmış məlumatlar əsasında “cinayət subkulturası, cinayət iyerarxiyasında ən yüksək status, qrupa rəhbərlik” maddələri ilə cinayət işi başlanıb. “Qanuni oğru” həbs edilib.

Onun dəstəsinin dörd üzvü və ona kömək üçün müraciət edən iki vətəndaşa qarşı da iş açılıb. İki təqsirləndirilən şəxs həbs edilib, ikisi inzibati nəzarət altındadır, daha ikisi isə heç yerə getməməklə bağlı iltizam verdiklərindən azadlıqdadır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5406
avatar

Oxşar yazılar