Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayıb
07 may 2024 18:12 (UTC +04:00)

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayıb

Azərbaycanın lider telekommunikasiya şirkəti Azercell 2023-cü il üzrə ESG (ekologiya, sosial və idarəetmə) hesabatını təqdim edir.

Azercell media nümayəndələri və aidiyyatı tərəfdaşlar üçün təşkil etdiyi “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: Azercell-in illik ESG hesabatının təqdimatı” adlı tədbirində Dayanıqlılıq hesabatını ictimaiyyətə açıqladı.

Lent.az xəbər verir ki, hesabat Qlobal Hesabat Təşəbbüsü (GRİ) standartlarına uyğun olaraq hazırlanıb və Azercell-in ekoloji, sosial və idarəetmə meyarları üzrə 2023-cü il fəaliyyətini əks etdirir.

Şirkətin Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva bildirdi ki, hesabat Azercell-in ətraf mühit, sosial və idarəetmə sahələrində fəaliyyətini əks etdirməklə bərabər operatoru tərəfdaşlara yeni perspektivdən tanıdır. Hesabat Azercell-in dövlət, cəmiyyət və ətraf mühit qarşısında daşıdığı məsuliyyəti bir daha vurğulayaraq sağlam və təhlükəsiz gələcək naminə üzərinə götürdüyü öhdəliklərin icrasını nümayiş edir. Ş. Əliyeva qeyd etdi ki, Dayanıqlılıq strategiyası BMT-in Davamlı İnkişaf Məqsədləri ilə uzlaşır.

Hesabatın ekoloji komponentində günəş enerjisi ilə işləyən baza stansiyaları, tullantı, su və yanacaqdan istifadənin azaldılması səyləri, batareyaların təkrar emalı və səmərəli enerji istehlakı vasitəsilə “karbon ayaq izi”ni azaltmaq səyləri öz əksini tapıb. Şirkət son illər ətraf mühitin qorunmasına dəstək məqsədilə Qarabağda iki, Qobustan və Tovuzun hər birində isə bir ədəd olmaqla günəş enerjisi ilə işləyən stansiya qurub.

Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq üçün Azercell-in əldə etdiyi ISO 14001:2015 standartı şirkətin ESG öhdəliyinin daha bir bariz nümunəsi kimi hesabatda öz yerini alıb.

Şirkətin təhsil, idman, səhiyyə, qadın və uşaqların hüquqlarının qorunması, eləcə də ümumiyyətlə rəqəmsal inklüzivlik sahəsində dəstəklədiyi layihələr hesabatın sosial bölümündə öz əksini tapıb. Hesabata həmçinin Azercell-in qadınların güclənməsi və onların İKT sahəsində rolunun artırılmasına yönlənmiş xüsusi proqramları da daxil edilib.

Hesabatda lider mobil operatorun əməkdaşlarının bilik, bacarıq və rifahının yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər də əksini tapıb. Onu da qeyd edək ki, bu tədbirlər sayəsində Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors in People” - İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir.

Hesabatda da qeyd olunduğu kimi, Azercell-in korporativ idarəetməsi qarşılıqlı etimadın artırılması prinsipinə əsaslanır. Belə ki, lider mobil operator təşkilat daxilində şəffaf qərarvermə və effektiv hesabatlılığı təşviq edən idarəetmə modelini tətbiq edir.

“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova hesabatı şərh edərkən bunları vurğuladı: “Davamlı olaraq inkişaf edən dünyada dayanıqlılıq artıq seçim deyil, bir zərurətdir. Dayanıqlı biznes ilk növbədə abunəçilərimiz üçün fasiləsiz və rahat bağlantı, eləcə də ölkədəki bir sıra strateji proses və funksiyaların davamlı işləməsi deməkdir. Buna görə də dayanıqlılıq sadəcə dəbli anlayış yox, əsl strateji seçimdir.”

Hesabat haqqında ətraflı məlumat əldə etmək üçün:

https://www.azercell.com/assets/files/sustainability/aze-acell_sustainability_report_2023_aze_compressed.pdf

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayıb

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayıb

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayıb

Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679
avatar

Oxşar yazılar