(R) DəmirBank-da əhalinin əmanətləri 17% artıb
21 avqust 2013 16:52 (UTC +04:00)

(R) DəmirBank-da əhalinin əmanətləri 17% artıb

DəmirBank-ın aktivləri 1 avqust 2013-cü il tarixinə 375,1 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 290,6 mln. manatı keçib.

 

Bankda müştəri depozitlərinin həcmi 1 avqust 2013-cü il tarixinə 173,3 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 avqust 2013-cü il tarixinə 140,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 17,1% və ya 20,6 mln. manat çoxdur.

 

Bankın 1 avqust 2013-cü il tarixinə məcmu kapitalı isə 56,3 mln. manat olub.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647
avatar

Oxşar yazılar