Şirkət Azərbaycanda ilk dəfə olaraq müştərilərə SMS-bildirişləri xidmətini təqdim edir
Müştəri xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edən AXA MBASK Sığorta Şirkəti müştərilərlə səmərəli çalışma üsullarının tətbiqində daha bir addım kimi mobil telefon rabitəsinə əsaslanan yeni elektron servisi işə salıb.
Belə ki, avtosığorta müqavilələri üzrə sığorta iddiasının emalı haqqında müştəriləri məlumatlandırmağı sadələşdirmək məqsədi ilə (işin gedişatı barədə müştəri şirkətə müraciət etmədən qabaq xəbər etmək, işin təqib öhdəliyini müştərinin üzərindən götürmək və s.) üçün şirkət yeni SMS- bildirişləri xidmətini tətbiq edib.
Bundan sonra şirkətin müştərilərinə işin açılması, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, hadisənin araşdırılması mərhələləri (məsələn, “araşdırmağa qəbul olunub”, “zəruri sənədlər əskikdir” vs.), məsələnin həll olunması haqda həmin an SMS-bildirişləri göndəriləcək.
Yeni xidmət şirkətin müştəriləri üçün pulsuzdur. Hansı mobil operatorunun nömrəsini işlətdiyinə baxmayaraq hər müştəri sığortaçıdan SMS-bildirişləri alacaq.
Bu yeniliyi şərh edən AXA MBASK Sığorta Şirkətinin İdarə Heyəti Üzvü və Sığorta Ödənişləri Əməliyyat İdarəsi müdiri Ceyhun Qurbanlı bildirib ki, «SMS vasitəsilə müştərilərə səmərəli şəkildə lazımı məlumatlar çatdırmaqla şirkət öz müştərilərilə münasibətləri daha möhkəm inam üzərində qura bilər».
«Şirkətimizin başlıca məqsədi müştərilərə keyfiyyətli, etibarlı, rahat xidmətlər çeşidini təqdim etməkdir. Bu yeni səmərəli və rahat xidmətimizlə müştərilərlə əlaqələrimizi daha yüksək səviyyədə quracağımıza, vaxtlarına qənaət edəcəyimizə heç bir şübhəm yoxdur» – deyə C.Qurbanlı vurğulayıb.