(R) AXA MBASK-dan daha bir yenilik
06 fevral 2013 10:47 (UTC +04:00)

(R) AXA MBASK-dan daha bir yenilik

Azərbaycanda ilk dəfə olaraq sığorta hadisələrinin qeydiyyatı online rejimində aparılacaq

 

Zərərin tənzimlənməsi hər bir sığorta şirkətinin müştərisi üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də sığorta iddiasının emalını avtomatlaşdırmaq üçün AXA MBASK mütəxəssislərinin hazırladıqları proqram təminatı ilə sığorta ödəmələri ilə bağlı məlumatı daxil etməkdən tutmuş hesabatın tərtibatınadək müştəri ilə aparılan işlərin bütün mərhələlərini on line rejimində bir neçə dəqiqə ərzində başa vurmaq mümkündür.

 

Bu yenilik sığorta hadisəsinin qeydiyyatı, sığorta hadisəsi haqqında məlumatın (təsviri, şəkillərin yüklənməsi, hadisənin iştirakçıları haqqında) daxil edilməsi, sığorta hadisəsinin həllinə məsul şəxslərin təyini, müştərinin şirkətə gəlişinin hazırlanması kimi hərəkətləri tezləşdirib tənzimləməyə də imkan verir.

 

Bununla yanaşı, ölkənin bütün regionlarda fəaliyyət göstərən şirkətin qəza komissarları baş verən yol-nəqliyyat hadisəsi barədə sığorta şəhadətnaməsi tərtib edən sığorta agentini və bölgə rəhbərini avtomatik olaraq xəbərdar edirlər. Bundan sonra məsələni nəzarətdə saxlayacaq olan sığorta agenti və bölgə rəhbəri müştərinin sığorta şirkətində nümayəndəsi kimi lazımi sənədləri toplamaq, məsləhətlər vermək və s. işləri görəcəklər.

 

Onu da qeyd edək ki, şirkət nağd ödəməni ən qısa zamanda, ləngiməsiz və bürokratik gecikdirmələri yan keçərək həyata keçirir. Bundan əlavə, bölgələrə ödəmələr bank köçürməsi vasitəsilə aparılır, yəni yerli sığortalının və ya zərərçəkənin uzun yol qət edib şirkətin Bakıdakı mərkəzi ofisinə gəlməsinə ehtiyac qalmır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968
avatar

Oxşar yazılar