(R) “Taksi” əfsanəsi Peugeot 406 haradadır?
20 iyun 2013 11:19 (UTC +04:00)

(R) “Taksi” əfsanəsi Peugeot 406 haradadır?

“Ey, bavariyalılar, hələ də traktorda gəzirsiz?!” taksist Danielin bu zarafatının “Taksi” filminə 2 milyon dollara başa gəldiyini bilirdiniz? Fransız emosional dizaynını alman praktikliyinə qarşı qoyan qəhrəmanın dedikləri Mercedes firmasının xətrinə dəysə də, tamaşaçılara zərrə qədər də təsir göstərmədi. Gözləri önündə 38 avtomobil “əzik-üzük” olan “Taksi” tamaşaçısı filmdən gözlədiyi emosiyanı ala bildi. Təkcə ilk seriyasına 100-dən artıq avtomobilin çəkildiyi film müxtəlif ölkələrin – alman, fransız, italyan, yapon, amerikan avtomobil sənayelərinin yarış meydanına çevrildi və tamaşaçı gülüşünə drayv həzzi qatdı.

Doğrudur, növbəti filmlərdə modellərin sayı 30-40-a endirildi. Amma bu, baş qəhrəmanın avtomobilinə şöhrətlənməyə mane olmadı. “Taksi”nin baş qəhrəmanı olan fransız brendi Peugeot-nun modelləri isə dünya şöhrəti qazandı.

Birinci “Taksi”də radiator torunda oynaq şir təsviri olan 15 model çəkildi. Standart, 3 l mühərrik həcmli, 207 at gücü olan, 240 km/saat maksimal sürətli Peugeot 406 əfsanəvi avtomobilə çevrildi. Avtomobil obraza elə yapışdı ki, filmin əsas qəhrəmanlarından biri oldu.

Yeri gəlmişkən, marsellilər aktyor Sami Naserinin Daniel obrazının turistlərə təsirindən xeyli narazıdırlar. Axı marsellilər özləri, xüsusilə də taksi sürücüləri yolda mədəni olduqları halda, turistlər yollarda avtoxuliqanlıq edirlər!

Amma bu narazılıq Marsel şəhərinə “Taksi” filmi hesabına turistlərdən pul qazanmağa mane olmur. Marselə səyahət edənlərə filmin çəkildiyi hissələrə ekskursiya təklif edilir.

Peugeot 406-ya gəldikdə isə, bu model artıq tarixi əfsanədir. O, 2000-ci ilin ortalarında realda da, filmdə də yerini Peugeot 407-yə verdi. 2010-cu ildən isə Peugeot həmin modelin ən gözəl xüsusiyyətlərini daha da modernləşdirərək 508-i yaratdı. Geniş ailə sedanı olan Peugeot 508 yüksək təhlükəsizliyə (Avropa Yeni Avtomobillərin Qiymətləndirilməsi Proqramı – Euro NCAP üzrə 5 ulduz), karbon qazının minimal emissiyasına, müasir multimedia və naviqasiya sisteminə, modern idarəetməyə və daha sanballı dizayna malikdir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1429
avatar

Oxşar yazılar