(R) “Sabina Parfümeriya və Kosmetika” mağazalarında da “Box’ça” satılacaq!
13 iyun 2013 17:27 (UTC +04:00)

(R) “Sabina Parfümeriya və Kosmetika” mağazalarında da “Box’ça” satılacaq!

Azərbaycanın tanınmış parfümeriya və kosmetika brendlərinin satışı ilə məşğul olan  “Sabina” mağazalar şəbəkəsindən içərisində Bolkart yerləşdirilmiş “Box’ça”- qutularını əldə etmək mümkündür. Bu, nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə, “Bank of Baku” ilə “Sabina Parfümeriya və Kosmetika” mağazalar şəbəkəsi arasında əldə edilmiş razılaşma çərçivəsində baş tutur. Əldə edilən xüsusi qutularda aktiv olmayan Bolkart ödəniş kartı, kartların aktivləşdirilmə şərtləri və kartı aktivləşdirmək üçün bank filiallarının ünvanları  yerləşdirilib.

 

“Sabina” mağazalar şəbəkəsinə məxsus endirim kartı alan şəxslər “Box’ça” qutusuna pulsuz yiyələnəcək.

“Box’ça” layihəsi Azərbaycanda nağdsız hesablaşmaların artırılması siyasətinə verilən bir töhfədir.

Bu gün “Box’ça”-nı “Səbət market”, “Bolmart”, “Bizim Market”, “Fresco”, “Computex”, “Makro Market” mağazalarında əldə etmək mümkündür.  Hər ay yerli mağaza və ticarət obyektlərində 2000-dən çox “Box’ça” satılır.

Xatırladaq ki, “Box’ça” layihəsi çərçivəsində verilən Bolkart ilə şəhərimizin tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran və digər ticarət obyektlərində alış-veriş etmək mümkündür. Bu kartla alış-veriş edib, haqqını 1, 3, 6 və ya 12 ay müddətinə bərabər hissələrlə banka ödəmək mümkündür. Artıq 110. 000-nə yaxın vətəndaş gündəlik ehtiyaclarını ödəmək üçün Bolkartdan istifadə edir.

 “Bank of Baku”-nun “Box’ça” layihəsi ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar