"APA-Economics"in xəbərinə görə, şirkətin Direktorlar Şurasının üzvü Nazim Sadıxov tutuduğu vəzifədən uzaqlaşdırılıb, onun yerinə Nazim Abdullayev gətirilib. Qeyd edək ki, N. Abdullayev bundan öncə İdarə Heyəti sədrinin müavini vəzifəsindən çalışıb.
N. Abdullayevin bundan öncə tutduğu vəzifəyə, yəni İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Vaqif Baxşiyev təyin olunub.
Qeyd edək ki, şirkətin Direktorlar Şurasında 5 nəfər təmsil olunub ki, onlardan Akif Kərimov Şuranın sədri, Elisabet Gehringer, Nazim Abdullayev, Elşən Quliyev və Mehmet Sami Acarözmen Şuranın üzvüdürlər.
İdarə Heyətində isə 3 nəfər çalışır. İdarə Heyətinin sədri Orxan Həsənovdur. İdarə Heyətinin sədr müavini Vaqif Baxşiyev, üzvü isə Sevinc Məmmədovadır.