"Azəristiliktəchizat" "Azəriqaz"a borcunu mərhələlərlə ödəyəcək
01 dekabr 2015 11:27 (UTC +04:00)

"Azəristiliktəchizat" "Azəriqaz"a borcunu mərhələlərlə ödəyəcək

 

"Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan borcunun mərhələlərlə ödənilməsi barədə razılığa gəlinib.

 

APA-Economics”in məlumatına görə, bunu "Azəriqaz" istehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev deyib. Onun sözlərinə görə, artıq borcun bir hissəsi ödənilib: “Azəriqaz” və “Azəristiliktəchizat” arasında yaranmış borc məsələsi həllini tapıb. Keçən həftənin şənbə günündən qazanxanalara qazın verilişi təmin edilib. Bu il üçün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 8 milyon 400 min manata yaxındır. Bu il üçün  artıq bu məbləğin 3 milyon manatı ödənilib. Dekabr ayında borcun yerdə qalan hissəsi yəni, 5 milyon manat ödənilməlidir”.

 

Ə.Hacıyev əlavə edib ki, bundan sonra qazanxanalara mavi yanacağın verilməsində məhdudiyyət olmayacaq: “Hər il “Azəristiliktəchizat”a 13 milyon manatlıq qaz verilir. Hər il bu qaz həcmi artan templə davam edir”.  

 

Onun sözlərinə görə,  ümumi borc isə hər iki qurum tərəfindən  müəyyənləşdirilən qrafikə uyğun olaraq hissə-hissə ödəniləcək.

 

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə  43 milyon manat məbləğində borcu var. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar