«Rabitəbank»ın İdarə Heyətinə yeni sədr təyin olunub
06 fevral 2013 11:58 (UTC +04:00)

«Rabitəbank»ın İdarə Heyətinə yeni sədr təyin olunub

Azərbaycanın «Rabitəbank» ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə Nikoloz Şurqaya təyin edilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, N.Şurqaya Gürcüstan, Belarus, Rusiya və Böyük Britaniyanın bank sektorlarında 18 illik iş təcrübəsinə malikdir.

 

«Rabitəbank»da işə başlamazdan öncə N.Şurqaya müxtəlif MDB ölkələrində müstəqil direktor və maliyyə institutlarının məsləhətçisi kimi fəaliyyət göstərib. Bundan əlavə, 2009-2011-ci illərdə «Bank of Georgia»ya məxsus olan «Belarusky Narodny Bank»da Müşahidə Şurasının sədri və eyni zamanda «Bank of Georgia»da İdarə Heyəti sədrinin beynəlxalq biznes üzrə müavini vəzifələrində çalışıb.

 

N.Şurqaya 2008-2009-cu illərdə Gürcüstanın «VTB» Bankının İdarə Heyətinin sədri işləyib. O, həmçinin, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Maliyyə İnstitutları bölməsində (London) baş bank mütəxəssisi, «ABN Amro Bank»da (Moskva) vitse-prezidentin müavini və «United Georgian Bank»da (Tbilisi) müxtəlif vəzifələrdə çalışıb. N.Şurqaya London Biznes Məktəbinin MBA dərəcəsi üzrə məzunudur.

 

«Rabitəbank» 2013-cü ildə menecment komandasını yeni peşəkarlarla gücləndirməkdə davam edəcək. Bu, «Rabitəbank»ın müştərilərinə yeni keyfiyyətdə bank xidmətləri təklif etmək strategiyasının tərkib hissəsidir», - deyə Bankın məlumatında bildirilir.

 

Qeyd edək ki, bu il 20 illiyini qeyd edən «Rabitəbank» ASC 1993-cü ildə yaradılıb. Hazırda bank 18 filial, 2 şöbə və 1 nümayəndəliklə ölkənin 14 regionunu əhatə edən geniş filial şəbəkəsi ilə təmsil olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1798
avatar

Oxşar yazılar