(R)  Unibank: kreditlərinizi hesab.az-da ödəyin və sifariş edin
11 iyun 2013 16:45 (UTC +04:00)

(R) Unibank: kreditlərinizi hesab.az-da ödəyin və sifariş edin

Nağdsız ödənişlər üzrə lider olan Unibankın müştəriləri, kredit ödənişi və sifarişi üçün çoxsaylı xidmət formalarından istifadə imkanı qazanıblar. Bank müştəriləri artıq  filiallara gəlmədən, hesab.az  saytından kredit ödənişlərini həyata keçirə və sifariş edə bilirlər. Unibankın Albalı kartı sahibləri də artıq xeyli vaxdır ki, Hesab.az ödəmələr portalından onlayn ödənişlərini həyata keçirə bilirlər. Belə ki, Bankın “Albalı” taksit kartları bu ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, internet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.

Unibankdan  kredit götürmək istəyənlər də hesab.az  saytı vasitəsi ilə istədikləri məbləğdə krediti sifariş edə bilərlər. Hesab.az-da qeydiyyatdan keçən şəxslərə kredit sifarişi imkanı da yaradılıb. Bunun üçün “Unibankda kredit sifariş et” linkini aktivləşdirərək, verilən formanı doldurub, göndərmək lazımdı.

Unibank müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/    saytına daxil olmaqla, onlayn kredit ödənişi  və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində “Unibank” ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata  daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. “İnfoUnibank” mobil əlavəsinə malik  iPhone və “Android” platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. Unibankın Cash-in aparatlarının köməyi ilə  hər kəs növbəsiz,  vaxt itkisi olmadan  öz kreditlərini ödəyə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908
avatar

Oxşar yazılar