«Ekonomist»in növbəti sayı çapdan çıxdı
18 mart 2013 11:08 (UTC +04:00)

«Ekonomist»in növbəti sayı çapdan çıxdı

Azərbaycanın «Ekonomist» MMC-nin təsis etdiyi «Ekonomist» aylıq analitik jurnalının növbəti, mart buraxılışı çapdan çıxıb.


 

«APA-ECONOMICS»in məlumatına görə, Jurnalın bu sayında kölgə iqtisadiyyatı və məzənnə siyasəti barədə araşdırmalar, bankların 2012-ci il üzrə renkinqləri, həmçinin «Iteca Caspian» şirkətinin rəhbəri və borcların yığılması ilə məşğul olan BOA kollektor agentliyinin rəhbəri ilə müsahibələr, həmçinin digər iqtisadi və sosial mövzulu məqalələr dərc olunub.
 

 

Xatırladaq ki, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 36 buraxılışı işıq üzü görüb.


«APA-Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.


Qeyd edək ki, «APA-Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar