Milli tənzimləyici orqanlar “Nabucco” boru kəmərinin üçüncü tərəflərin istifadəsindən azad olunması prosesinin uzadılmasını təsdiq edirlər. Lent.az-ın məlumatına görə, Avstriya, Macarıstan, Rumıniya və Bolqarıstanın milli tənzimləyici orqanları layihə variantında hazırlanmış qərar vasitəsilə təsdiq ediblər ki, üçüncü tərəflərin boru kəməri ilə ötürülən həcmlərdən istifadə etməsinə dair Aİ qanunvericiliyi çərçivəsində “Nabucco” boru kəməri layihəsinin 50%-lik cari imtiyaz (azad olunma) müddəti uzadılır. Bu müddətin uzadılması “Şahdəniz” yatağından qazın proqnozlaşdırılan hasilatı üzrə vaxt cədvəllərinə uyğundur.
Həmçinin, dörd ölkənin tənzimləyici orqanları bu qərar vasitəsilə təsdiq edib ki, onlar “Nabucco” layihəsi üzrə hökumətlərarası saziş, layihəyə dəstək sazişləri və imtiyazlardan ibarət hüquqi-normativ bazanı dəstəkləyirlər.
Layihədə birbaşa iştirak etməyən şirkətlərin şəbəkədən 100% istifadə hüquqlarını nəzərdə tutan cari Aİ qanunvericiliyindən azad olunma imtiyazı yalnız iri ölkələrarası layihələr çərçivəsində tətbiq oluna bilər.