“Ekonomist” jurnalının növbəti sayı çapdan çıxdı
18 iyun 2013 16:39 (UTC +04:00)

“Ekonomist” jurnalının növbəti sayı çapdan çıxdı

Azərbaycanın «Ekonomist» MMC-nin təsis etdiyi «Ekonomist» aylıq analitik jurnalının növbəti, iyun buraxılışı çapdan çıxıb.


 

«APA-ECONOMICS»in məlumatına görə, jurnalın bu sayında dünya qızıl bazarında qiymətlərin dəyişməsi, Qara dəniz Ticarət və İnkişaf Bankının prezidentinin müsahibəsi, Azərbaycanda ingilis dili kurslarının təşkili və müştəri tərəfindən düzgün seçilməsi, Azərbaycandakı iş yerlərinin gənclər arasında reytinqi və s. məqalələr yer alıb. Həmçinin, ölkədəki sığorta şirkətlərinin yanvar-aprel ayları üzrə və bank təşkilatlarının rüblük rekinqləri dərc olunub.


Qeyd edək ki, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 39 buraxılışı işıq üzü görüb. «Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

 

«Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556
avatar

Oxşar yazılar