“Bank of Azerbaijan”ın əmanətçilərinə 17,3 mln. manat kompensasiya ödənilib
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 17,3 mln. manatdan artıq kompensasiya ödənilib.