“Azpetrol” şirkətinin baş direktoru Hüseynağa Rəhimov tutduğu vəzifədən azad edilib.
Bu barədə Lent.az-a şirkətdən məlumat verilib. Məlumata görə, H.Rəhimovun işdən azad edilməsinə səbəb onun elmi işini davam etdirmək istəyidir.
Baş direktor tutduğu vəzifədən öz xahişi ilə ayrılıb.