Qurumun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu gün “Azərişıq” ASC-nin sədri Baba Rzayevin rəhbərliyi ilə Bakı-2015 I Avropa Oyunları ilə əlaqədar Bakı şəhər üzrə şəbəkə rəislərinin toplantısı keçirilib.
Toplantıda qeyd olunub ki, “Azərişıq” ASC idman tədbirlərinin keçirələcəyi obyektləri və digər infrastrukturları (atletlər kəndi, media mərkəzi, mehmanxanalar, restoranlar, əyləncə mərkəzləri, küçə işıqlandırmaları) yüksək səviyyəli, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin etməyə hazırdır.
Obyektlərin enerji təchizatı üzrə 24 saat növbətçilik sistemi təsdiq olunub, obyektlər maşın-mexanizmlər, əlavə avadanlıq və materiallarla təmin olunub. Toplantı barədə geniş məlumat “Azərişıq” ASC mətbuat xidməti tərəfindən yayılacaq.