“Azərenerji”nin ARDNŞ-ə 280 milyon manat borcu var
23 aprel 2014 15:00 (UTC +04:00)

“Azərenerji”nin ARDNŞ-ə 280 milyon manat borcu var

“ARDNŞ-ın konsolidasiya olunmuş borcu 6,8 milyard dollar təşkil edir”. Lent.az-ın məlumatına görə, bunu Şirkətin vitse-prezidenti Süleyman Qasımov qeyd edib”.

O qeyd edib ki, bu məbləğin 1 milyard 100 milyon dolları kapital qoyuluşudur.

”Şirkət kommersiya təşkilatlarına 1 milyard manata qədər borcludur. Bizim cəlb etdiyimiz vəsaitlər böyük layihələrə qoyulmuş vəsaitlərdir. Türkiyədəki layihə üçün 1 milyard dollardan çox, Bakıdakı Gəmiqayırma zavodunun tikintisi üçün 1 milyard dollara qədər Neft Fondundan vəsait götürülüb”.

Vitse-prezident onu da vurğulayıb ki, “Azəri-Çıraq-Günəşli” layihəsindən 1,67% pay almaq üçün 485 milyon dollara qədər vəsait verilib: “TANAP, TAP, “Şahdəniz 2” layihəsi üçün yaranan şirkətə Neft Fondunun büdcəsindən vəsait ayrılıb”.
 

ARDNŞ-ə olan borclara gəlincə isə, S.Qasımov bildirib ki, şirkətin ən böyük borclusu “Azərenerji” ASC-dir.

Onun sözlərinə görə, qurumun şirkətə borcu 280 milyon manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar