“Azercell” proqramçılara dəstək verir
19 mart 2013 18:17 (UTC +04:00)

“Azercell” proqramçılara dəstək verir

"Global ecaHack" layihəsində iştirak edəcək proqramçılar beynəlxalq səviyyədə öz işlərini nümayiş etdirə biləcəklər

 

Dünyada mobil texnologiyalar, mobil tətbiq sahəsi günü-gündən inkişaf etməkdədir. Bu səbəbdən mobil əməliyyat sistemləri və onlar üçün proqram yazılışı məsələsi də gündəmdədir.

Mobil tətbiq sahəsinin ölkəmizdə də geniş şəkildə inkişaf etdirilməsi məqsədilə "Azercell" şirkətinin baş sponsorluğu, Barama İnnovasiya Mərkəzi və “Hackathon Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "ecaHack" adlı müsabiqəyə start verilir.

Müraciətlər elektron variantda 7 aprel 2013-cü il tarixinədək qəbul olunacaq.

Müsabiqədə iştirak hüququ qazanan proqramçılar Android əməliyyat sistemi əsasında müxtəlif tətbiqetmələr hazırlayaraq bilik və bacarıqlarını sərgiləyəcəklər.

Müsabiqənin final mərasimi 2013-cü ilin 13-14 aprel tarixlərində "Azercell" şirkətinin Baş ofisində keçiriləcək.

Qalib gələn iştirakçılar müxtəlif dəyərli hədiyyələr və ən əsası cari  ilin oktyabr ayında Rumıniyanın Buxarest şəhərində keçiriləcək 3 günlük "Global ecaHack" müsabiqəsində öz mobil tətbiqetmələrini nümayiş etdirərək, daha qlobal səviyyədə tanınma şansı qazanacaqlar.

"ecaHack" - Android əməliyyat sistemi əsasında komandalar arası tətbiq yarışmasıdır. Müsabiqə Şərqi Avropanın müxtəlif ölkələrində keçirilən "Global ecaHack" layihəsi çərçivəsində reallaşdırılır. Əsas məqsəd – mobil tətbiq sahəsində yeni istedadları kəşf etmək, onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratmaq, Azərbaycanda bu sahəni genişləndirərək, ümümilikdə ölkədə İKT sahəsinin inkişafına təkan verməkdir.

Müsabiqə haqqında daha ətraflı məlumatı www.hackathonazerbaijan.orgwww.barama.az internet səhifələrində əldə etmək mümkündür.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar