Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən 2013-cü ildə xaricdən damazlıq heyvanların idxal olunmasının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə Prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılıb.
Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.