«28 May» metro stansiyasının əsas girişi bağlandı
21 yanvar 2013 10:36 (UTC +04:00)

«28 May» metro stansiyasının əsas girişi bağlandı

Rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər, «28 May» stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanıb. Bakı Metropolitenindən «APA-Economics»ə verilən məlumata görə, sərnişinlər bu müddət ərzində «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və «Cəfər Cabbarlı» stansiyasının girişindən («28 May» stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.

 

 

Sərnişinlərin nəzərinə çatdırılır ki, təmir yalnız giriş hissədə aparılacağından «28 May» stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq. «Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir», - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, təmir işlərinin sentyabr ayına qədər tamamlanacağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106
avatar

Oxşar yazılar