Ölkənin sənaye sahələrində bu ilin yanvar-may aylarında 14,1 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Sənayenin qeyri-neft sahələrində 2,4 faizlik artım, neft sektorunda isə 0,8 faizlik azalma müşahidə olunub. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,5 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.
Beş ay ərzində 18,1 milyon ton neft, 7,4 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompyuter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib.