11 tondan çox zay ərzaq  məhv edilib
22 may 2013 17:03 (UTC +04:00)

11 tondan çox zay ərzaq məhv edilib

Qazaxda istehlakçı hüquqlarının qorunması mövzusunda konfrans keçirilib

 

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Qazaxda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və istehlakçılar iştirak ediblər.

 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb və  ölkəmizdə bu sahəyə böyük diqqət göstərildiyini söyləyib. Onun sözlərinə görə, 2012-ci il və bu ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 200 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 20 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. Maarifləndirmə tədbirləri hazırda da davam etdirilir. KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc olunur, birgə televiziya verilişləri hazırlanır.

 

Tədbirdə xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib. Araz Əliyev bildirib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Dövlət Xidməti tərəfindən ötən il keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri qanunvericiliyin tələblərinə uyğungəlməyən 84,6 ton, bu ilin ötən dörd ayında isə 11,1 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar