Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
03 iyul 2026 17:57 (UTC +04:00)

Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu

0

Xankəndidə ABB-nin yeni Çağrı Mərkəzinin açılışı olub. Xankəndi Biznes Mərkəzində yerləşən Çağrı Mərkəzində ABB-nin məhsul və xidmətləri ilə bağlı məlumat dəstəyi üçün hər cür şərait yaradılıb.

Mərkəz 10 əməkdaşla fəaliyyətə başlayır. Buradan hər kəsə xidmət göstəriləcək, dünyanın hansı məkanında olmasından asılı olmayaraq hər bir şəxs Bakıdakı Çağrı Mərkəzi kimi Xankəndi Çağrı Mərkəzi ilə də əlaqə saxlamaqla lazımi dəstəyi alacaq.  

Xankəndidə Çağrı Mərkəzinin yaradılmasında məqsəd müştərilərlə fasiləsiz kommunikasiyanın təmin olunması, ABB-nin bölgələrdə fəaliyyət göstərməsi mümkün olan bəzi struktur bölmələrinin regionlara transferi, eləcə də Qarabağda sosial-iqtisadi inkişafın dəstəklənməsi, regionda məşğulluğun artırılmasıdır.

ABB belə layihələr vasitəsilə yerli kadrlara karyera imkanları yaratmaqla insan kapitalının da inkişafına dəstək verir.

Bu, ölkədəki biznes qurumları arasında Xankəndidə yaradılmış ilk Çağrı Mərkəzidir. Qeyd edək ki, ABB həm də Xankəndidə filial açmış ilk bank olub. Hazırda Bankın həm Xankəndidə, həm Şuşada filialları var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar