Krımın Novofedorovka kəndi yaxınlığındakı Saki aerodromunda baş verən partlayışlar nəticəsində Rusiya yüz milyonlarla dollar dəyərində döyüş təyyarəsini itirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Forbes Ukraine”nin məlumatına görə, dəyəri 300 milyon dollardan çox olan təyyarələr məhv edilib.
Nəşrin məlumatına görə, partlayışlardan əvvəl aerodromda dəyəri 650 - 850 milyon dollar qiymətləndirilən təyyarələr olub.
Aerodromdakı Rusiya təyyarələrinin təxmini qiyməti: Su-30SM - 50 milyon dollar, Su-24MR - 6 milyon dollar, İl-76 - 86 milyon dollar.
Təxminən doqquz təyyarə məhv edilib. Bütün təyyarələrin Su-24MR-dən daha ucuz olduğunu düşünsək, Rusiyanın itkilərinin ümumi məbləği təxminən 55 milyon dollar, daha bahalı Su-30SM-lərdirsə, 450 milyon dollardır.
Xatırladaq ki, avqustun 9-da Krımda, Novofedorovka yaxınlığında Rusiya hərbi bazasında partlayışlar baş verib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, Krımdakı aviabazada irimiqyaslı partlayışlar sursatların partlaması nəticəsində baş verib. Rusiya təyyarə və personalın itkisini isə etiraf etmir.