İqtisadi rayonların yeni bölgüsü haqqında Prezident Fərmanı: Qarabağın inkişafı üçün geniş imkanlar yaranacaq
08 iyul 2021 14:26 (UTC +04:00)

İqtisadi rayonların yeni bölgüsü haqqında Prezident Fərmanı: Qarabağın inkişafı üçün geniş imkanlar yaranacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzalayıb. Fərmanda deyilir ki, ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. 
“Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir”.

Fərmana münasibət bildirən,  Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramovun dediyinə görə, son dəyişikliklərə qədər ölkəmizdə 10 iqtisadi rayonun mövcud olduğunu, yeni təsdiq olunmuş bölgüyə görə isə onların sayının 14-ə çatdırılıb : “Azərbaycan ərazilərinin iqtisadi rayonlar üzrə yeni bölgüsünün təsdiq edilməsi, ilk növbədə, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunmasına, regionlarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, iqtisadi potensialının gücləndirilməsinə, bununla da əhalinin rifah halının yüksəldilməsinə xidmət edəcəkdir”.
 K.Bayramov vurğulayıb ki, yeni təsdiq olunmuş bölgüdə Qarabağ iqtisadi rayonunun (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yer alması işğaldan azad olunmuş ərazilərin sürətlə və məqsədyönlü şəkildə inkişaf etdirilməsi, bu bölgədə regional siyasətin ardıcıl şəkildə həyata keçirilməsi üçün zəmin yaradır, yeni və qlobal infrastruktur və nəqliyyat layihələrinin reallaşdırılması üçün yeni imkanlar açır. Şübhəsiz ki, yeni təsdiq olunmuş bölgü Qarabağ bölgəsinin gələcək inkişafı və tərəqqisi üçün geniş imkanlar yaradacaq.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyevanın bildirir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli şəkildə istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Xüsusilə Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Eyni zamanda, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir. “Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir”, - deyən deputat bildirib ki, Prezident İlham Əliyev məhz bütün bu məqamları nəzərə alaraq Azərbaycanda yeni təsnifatlandırılmış iqtisadi rayonların yaradılması ilə bağlı Fərman imzalayıb. 

Sitat: “Bu Fərmanadək ölkəmizdə 10 iqtisadi rayon var idisə, indi onların sayı 14-dür. Ən əsası, Fərmanda da vurğulandığı kimi, Şərqi Zəngəzur və artıq heç bir bölgü aparılmadan, Aşağı, Yuxarı, Dağlıq, Aran deyilmədən vahid, bütöv Qarabağ iqtisadi rayonlarının yaradılması həm iqtisadi, həm də siyasi əhəmiyyətinə görə çox vacib və çox önəmli məqamlardandır. Çünki adıçəkilən iqtisadi rayonlarla Müzəffər Ali Baş Komandan tarixi Qələbə və Zəfərimizdən sonra onun daha möhkəmləndirilməsi, əbədi edilməsi istiqamətində daha bir cəsarətli mövqe, qətiyyət nümunəsi, dəmir iradə ortaya qoydu”. Millət vəkili qeyd edir ki, artıq dağlı-aranlı, aşağılı-yuxarılı vahid Qarabağ və Qarabağlı bütöv, qalib Azərbaycan var. Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var və heç kim bu tarixi reallığı, faktı unutmasın. Şərqi Zəngəzur varsa, çoxlarına hələ də xəyal kimi görünən Zəngəzur dəhlizi də var, Zəngəzur dəhlizi də realdır və Azərbaycanın daha bir Zəfərə imza atacağı gün uzaqda deyil”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Oxşar yazılar