Elnur Kələntərov "Youtube" və "Google"un dünyaca məşhur partnyor holdinqində idarə heyətinə üzv təyin olundu
25 dekabr 2023 11:33 (UTC +04:00)

Elnur Kələntərov "Youtube" və "Google"un dünyaca məşhur partnyor holdinqində idarə heyətinə üzv təyin olundu

"Youtube" və "Google"un rəsmi partnyoru olan Türkiyənin dünyaca məşhur "Wediacorp Holdinq" Şirkətlər Qrupunun İdarə Heyətinə həmyerlimiz Elnur Kələntərov üzv təyin olunub.

Lent.az xəbər verir ki, o bugünədək “For Azerbaijan” Beynəlxalq Xeyriyyə təşkilatının Proqramlar üzrə direktoru olmaqla bərabər həm də, "Wediacorpun" Azərbaycanda tam hüquqlu partnyoru və təmsilçisi sayılan WediaAZE şirkətinə rəhbərlik edib. https://wediacorp.com/corporate/ 

"Youtube"un ən çox Məzmun İdarəetmə Sisteminə (Content Management System) malik olan Wediacorp həm də Facebook, İnstagram, Tik-Tok, DailyMotion, Netflix kimi  dünya nəhəngləri ilə rəsmi tərəfdaşdır və bu platformalarda məzmun istehsal edən müştərilərinin hüquqlarının qorunmasını, kontent idarəçiliyini həyata keçirir. 

"Youtube"da şirkətə məxsus 350-ə yaxın kanal mövcuddur ki, bunların ümumi baxış sayı 45 milyarda yaxındır. Ümumilikdə, Wediacorp brendi altında olan kontenlərdə 300 milyon bəyənmə və 100 milyona yaxın şərh mövcuddur. Şirkət Azərbaycanla bərabər Rusiya, Hindistan, Almaniya, ABŞ, Vyetnam və digər ölkələrdə istehsalçılarla çalışır. Həmçinin, Netflix, Free TV, Mobile TV, CJ Entertaiment-in partnyoru qismində dünyaca məşhur film və serialların satışı, alışı, kinoteatrlar və rəqəmsal şəbəkələrdə yayımı ilə məşğuldur. 

Türkiyədə və Azərbaycanda 200-dən artıq müğənni və bəstəkarın əsərlərinin Apple Music, Spotyfy, Amazon Music, Deezer, ümumilikdə 160-dan çox musiqi platformalarında hüquqlarını qoruyur.

Azərbaycanda WediaAZE şirkətinin tərəfdaşı olan Wediacorp həmçinin, Dövlət Turizm Agentliyi, Xəzər TV, ARB TV, CBC Sport və digər qurumların rəsmi kanallarını lisenziyalaşdırmaqla bərabər həm də Azərbaycanda rəsmi xidmət göstərmək üçün Youtube tərəfindən verilmiş hüquqa malik yeganə şirkətdir. 

Təsisçisi və baş direktoru Funda Demir Şən olan  Wediacorp Holdinq Türkiyənin Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri, TRT, Trendyol və digər dövlət qurumları və dünya markalarının bütün sosial şəbəkə hesablarında rəqəmsal hüquqlarının sahibidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Oxşar yazılar