Bakının bu rayonlarında qaz olmayacaq
16 iyul 2024 10:01 (UTC +04:00)

Bakının bu rayonlarında qaz olmayacaq

Xətai rayonunda orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Səbail rayonunda istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması, Xəzər rayonunda isə qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 16.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonunun M. Hadi və X.Məmmədov küçələrinin, Səbail rayonunun Y.Bədəlov və Nestrov küçələrinin, Xəzər rayonunun isə Stansiya Qala yaşayış massivinin, Daxili Qoşunların ətraf hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar