“Azerçay”dan sürpriz Novruz lotoreyası®
01 mart 2022 10:07 (UTC +04:00)

“Azerçay”dan sürpriz Novruz lotoreyası®

Ölkəmizin ilk milli çay markası olan “Azerçay” öz alıcılarını sevindirməyə
davam edir. Doğma çayın bu dəfə Novruz bayramına özəl keçirdiyi lotereyada
bir-birindən möhtəşəm hədiyyələr öz sahiblərinə çatacaq. Belə ki, müştərilər
“Azerçay”-ın 450 qramlıq uduşlu Buket, Klassik, Pekoe və yeni çeşid Gül
Bağçası məhsularını alaraq qutunun qapağındakı kodu ad və soyadları ilə
birgə Azercell və Bakcell operatorlarından ödənişsiz olaraq 8825-ə
göndərməklə 1 ədəd Nissan X-Trail, eyni çeşidlərin 250 qramlığını alanlar isə
30 ədəd soyuducudan birini qazanmaq şansını əldə edəcək.

Qeyd edək ki, qaliblər 19 mart tarixində “Azad Azərbaycan” telekanalında
canlı yayımda keçiriləcək lotereyada müəyyən olunacaq. Nəticələr KİV, sosial
media platformaları və dogmacay.az saytında yayımlanacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3189

Oxşar yazılar