“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq atılan addımlar ölkədə koronaviorus epidemiyasının kəskin artmasının qarşısını almaqdadır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında hökumətin ötən il üzrə hesabatının müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, epidemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısını almaq üçün lazımi addımlar atılır: "Azərbaycan öz hesabına regionda ən geniş dəstək proqramı elan edən ölkədir. Məsafədən idarəetrmə, elektron ticarətin genişlənməsi bu günün əsas tələblərindən biridir”.