İsmət Abbasov: “Fermerlərə 2 milyon manatdan çox vəsait ayrılacaq”
07 avqust 2012 18:57 (UTC +04:00)

İsmət Abbasov: “Fermerlərə 2 milyon manatdan çox vəsait ayrılacaq”

Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu bu gün keçirilən Respublika Komissiyasının iclasında kənd təsərrüfatı naziri bildirib.

Nazirin sözlərinə görə, ümumi satılan gübrələrin miqdarı 11 min 878 ton 425 kq təşkil edib: “Gübrələrin güzəştlə satışı “Aqrolizinq”MMC, “Mikro AZFeed”MMC, “Aqronur” MMC və “Sərxan-2”MMC tərəfindən həyata keçirilib. Sözü gedən vəsait gübrələrin güzəştlə satışı həyata keçirən qurumlara köçürüləcək”.

Nazir onu da bildirib ki, fermerlər Nazirlər Kabinetinin 15 fevral 2007-ci il qərarı ilə sentyabrın əvvəllərinə kimi, dövlətin ayıracağı subsidiyaları əldə edə biləcəklər. “Ümumilikdə mövcud olan əkin sahələri üçün 1 418 528 min hektar əkin sahəsi üçün 40 manatdan hesablanmış vəsaitlər 56 milyon 441 min 139 manat təşkil edib. Bu vəsait ötən il istifadə olunan vəsaitdən 3 milyon 964 min 845 manat çoxdur” - deyə, İ. Abbasov əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar