Neftçilər prospektində yeni asfalt örtüyünün döşənməsinə başlanılır
07 avqust 2012 18:43 (UTC +04:00)

Neftçilər prospektində yeni asfalt örtüyünün döşənməsinə başlanılır

Lent.az-ın “Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yolun keçdiyi ərazidə çoxlu sayda mühəndis-kommunikasiya qurğuları – su, qaz, işıq, rabitə xətləri yerləşir.

Hazırda ilkin mərhələ üzrə kommunikasiya xətlərinin yeniləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bütün bunlarla yanaşı köhnə asfalt-beton örtüyünün qaşınması, qazılmış xəndəklərin lazımı qarışıq ilə doldurulmaqla kipləşdirilməsi və köhnə asfalt-beton örtüyünün qaşınması işlərinə də start verilib.

Yaxın bir həftə ərzində bütün bu işlər başa çatdıqdan sonra yeni asfalt-beton örtüyünün döşənməsi prosesi gözlənilir. “Dalğa Plaza”nın qarşısından Yusif Səfərov küçəsinədək olan 3,7 km-lik məsafəni əhatə edəcək hissədə təmir işlərinin sentyabr ayında başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar