Bakıda daha bir nəhəng tunel kompleksi tikilir - FOTO
Bakı şəhərinin Alı Mustafayev, Hüseynbala Əliyev, Abdulvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində müxtəlif səviyyəli yol qovşağının tikintisi davam etdirilir. “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, yol qovşağı kompleksinə 3 tunel, 1 yol ötürücüsü daxildir. İki gediş, iki gəlişdən ibarət olacaq birinci tunlein uzunluğu 890 metr, eni isə, 22 metr olacaq. Tunel vasitəsi ilə 3-cü mikrorayon bazarı adlanan ərazidən “Xutor dairəsi”nə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti təmin ediləcək. Tuneldə tirlərin montajı, pərdələrin betonlanması və torpaq-qazma işləri həyata keçirilir.
İki gedişdən ibarət olacaq ikinci tunelin ümumi uzunluğu 450 metr, eni isə, 10,5 metr nəzərdə tutulub. Tunel vasitəsi ilə Abdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsinə daxil olmadan Ziya Bünyadov prospektinə nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq. Hazırda, sıvay-qazma işləri və tikinti altına düşən maneələrin köçürülməsi işləri davam etdirilir.
İki gedişdən ibarət olacaq üçüncü tunelin uzunluğu 832 metr, eni isə 10,5 metr olması planlaşdırılır. Bu tunel vasitəsi ilə nəqliyyat vasitələri Ziya Bünyadov prospektindən “Xutor dairəsi”nə daxil olmadan Abdulvahab Salamzadə küçəsinə heç bir maneəsiz hərəkət edə biləcəklər.
Yol qovşağı kompleksinə daxil olan 10 aşırımlı yol ötürücüsünün uzunluğu 634 metr, eni isə 12 metr təşkil edəcək.
Artıq 4 aşırım, 8 orta dayaq və 2 kənar dayaq betonlanıb və istinad divarlarının tikintisi başa çatdırılıb. 2011-ci ildə tikintisinə başlanılan işlərin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

971