(R) Bakcell şirkəti dələduzluğa qarşı uğurla mübarizə aparır
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell şirkəti məmnuniyyətlə elan edir ki, dələduzluq yolu ilə “SİM Boks” adlanan sistem vasitəsilə Bakcell şəbəkəsi üzərindən qanunsuz beynəlxalq zənglər edən Özbəkistan vətəndaşı Pulat İskanderovun saxlanılması istiqamətində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edib.
Bakcell-in dələduzluğa qarşı mübarizə şöbəsi tərəfindən KeyNote SİGOS və Austria Telekom şirkətlərinin sınaq proqramlarından, "GSM" kanalpaylayıcıları və digər texniki avadanlıqlardan (SİM Box) istifadə halları araşdırılıb. Xüsusi proqram təminatı sayəsində Bakcell, səs trafikinin sonlandırılması üçün şirkətin SİM kartlarından istifadə edən cihazlar aşkar edib. Şirkət müvafiq strukturları bu barədə məlumatlandırıb və Bakcell şəbəkəsindən istifadə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkarları həbs edən nazirlik ilə fəal şəkildə əməkdaşlıq edib.
“SİM boks dələduzluğu bütün dünyada mobil operatorların gəlirləri üçün ciddi təhlükə yaradır. Bu cür dələduzluq fəaliyyətləri nəticəsində hökumətlər və operatorlar böyük məbləğlərdə gəlir itkisinə məruz qalırlar. Qanunsuz zənglərin qarşısını almaq məqsədilə şirkətimizdə SİM Boks aşkarlama (SİM Box detection) sistemi istifadə olunur. Biz bu cür texnologiyaların cinayətkarlar tərəfindən istifadə edildiyindən xəbərdarıq və onların saxlanılması və qanunla cəzalandırılması üçün Nazirliyə tələb olunan dəstək göstərib gələcəkdə də fəal aşkarlama və araşdırma tədbirlərini həyata keçirəcəyik. Şirkətimiz bu cür halların qarşısının alınması üçün bütün lazımi və müasir texnologiyalara malikdir” - deyə, Bakcell şirkətinin baş direktoru Riçard Şirer bildirib.
Qeyd edək ki, müəyyən şəxslər və ya qruplar müxtəlif cihaz və SİM kartlarından istifadə edərək istənilən mobil operatorun şəbəkəsindən qanunsuz beynəlxalq zənglər təşkil etməkdədir. Həmin zənglər mobil operatorun şəbəkəsində yerli zəng kimi qeydiyyata alınır və beynəlxalq zənglərə aid böyük məbləğlərdə gəlir itkilərinə səbəb olur.
***
Bakcell haqqında
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sur@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

702