Daha 100 kilometr... - FOTO
28 iyul 2012 10:56 (UTC +04:00)

Daha 100 kilometr... - FOTO

«Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, iyulun 28-31-də Dəliməmmədli-Zazalı mənzilinin cüt yolunda 4175 metr yolun əsaslı təmirinə başlanılıb.

«Dəmiryolservis» MMC-nin baş direktoru Əli Əşrəf Lütvəlibəyovun verdiyi məlumatda bildirilir ki, 21 iyul 2012-ci ildə Baş Mİngəçevir stansiyasında ilk 100-cü kilometrin əsaslı təmiri başa çatıb və artıq ikinci 100 kilometrin təmiri gedir. Əsaslı təmir işlərinə Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964

Oxşar yazılar