(R) Bakcell Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəxri fərmanı ilə təltif olunub
20 iyul 2012 15:59 (UTC +04:00)

(R) Bakcell Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəxri fərmanı ilə təltif olunub

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Bakıda Eurovision - 2012 mahnı müsabiqəsi zamanı mobil rabitə xidmətlərinin uğurla həyata keçilməsinə görə artıq ikinci dəfədir, mükafatlandırılır. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Eurovision-2012 beynəlxalq mahnı müsabiqəsi zamanı yüksək keyfiyyətli və dayanıqlı mobil rabitə xidmətlərinin göstərilməsinə görə Bakcell şirkətini fəxri fərmanla təltif edib. Bakcell şirkəti RİTN-in fərxi fərmanı ilə təltif olunmuş yeganə mobil operatordur.


“Baku Crystal Hall” zalının daxili mobil rabitə sistemi Bakcell tərəfindən quraşdırılıb. Sistem hər üç mobil operatorun 2G və 3G kanalları qoşulmaqla 31 000 nəfərdən artıq abunəçiyə xidmət göstərilməsi üçün nəzərdə tutulub. Şəbəkənin tutumu Eurovision müsabiqəsi zamanı böyük həcmlərdə və fasiləsiz səs, SMS və internet xidməti göstərmək imkanını yaradıb.


“Biz ən müasir şəbəkə qurmaq məqsədimizə nail olmuşuq və Eurovision müsabiqəsi zamanı gördüyümüz işlərə görə artıq ikinci mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. “Baku Crystal Hall” Eurovision üçün rekord bir müddətdə həyata keçirilmiş mühüm stadion layihəsidir. Zalın yüksək tutumlu çoxrejimli daxili şəbəkəsi Bakcell tərəfindən təmin edilib”, -deyə Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib.
Qeyd edək ki, bu yaxınlarda Bakcell şirkəti Londonda mobil kommunikasiya sənayesinin 360 nəfər nümayəndəsinin iştirakı ilə keçirilmiş mərasim zamanı “Baku Crystal Hall” zalında tətbiq olunmuş mobil innovasiyalara görə beynəlxalq “GTB Innovation Award 2012” mükafatı ilə təltif edilib.


Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sürət ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969

Oxşar yazılar