Bakıda ERRA-nın Sədrlər Toplantısı keçiriləcək
Bakda 22-23 sentyabr tarixlərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər Toplantısı və Qiymətəmələgəlmə və Tariflər üzrə Komitəsinin illik iclası keçiriləcək. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sədrlər Toplantısı və Komitə İclasında ERRA-nın Strateji Planlaşdırma işçi qrupunun hesabatı, enerji sahəsində tənzimləmə məsələləri və problemləri barədə məlumatlar dinləniləcək və müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, Avrasiya və ABŞ-ın tənzimləyici qurumlarının birliyi kimi 2001-ci ildə yaradılıb. Hazırda Şərqi və Qərbi Avropa, Afrikadan 30-a yaxın ölkə ERRA-nın üzvüdür. Təşkilatın vəzifələri üzv ölkələrin tənzimləyici qurumlarının dəstəklənməsi, informasiya və təcrübə mübadiləsinin asanlaşdırılması, elmi tədqiqat və praktiki bilik səviyyəsinin artırılması, o cümlədən tədris-təhsil və texniki sahələrdə əməkdaşlığın təşviqidir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28