«Simurq» şadlıq sarayı 20 min manatlıq vergi borcunu ödəməyib
Bu barədə APA-ya Vergilər Nazirliyindən məlumat verilib. Siyahıyaalma sentyabr ayının 15-də 2 saylı Ərazi vergilər İdarəsinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Vətəndaş Elxan Əsədova məxsus şadlıq sarayında aparılmış səyyar və kameral vergi yoxlamaları nəticəsində əsas borc 3 036,88 manat, maliyyə sanksiyası 16 605,03 manat, faiz borcu isə 6,07 manat olmaqla, ümumi borc məbləğinin 19 647,98 manat olduğu müəyyən edilib. Bununla bağlı sahibkara iyul ayında bildiriş göndərilib. Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini əks etdirən 89-cu maddəsinə əsasən, vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi sentyabrın 13-də "Simurq" şadlıq sarayında əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.
Vergi orqanları əməkdaşları tərəfindən "Simurq" şadlıq sarayında nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 19900 manat dəyərində əmlak - 13 ədəd müxtəlif markalı televizor, 5 ədəd müxtəlif markalı kondisioner, 20 ədəd stol-stul dəsti, 5 ədəd divan və jurnal masası dəsti siyahıya alınıb.
Qeyd edək "Simurq" Sumqayıt şəhərində ən böyük şadlıq saraylarından sayılır.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28