Azərbaycan Türkiyə ilə kənd təsərrüfatı sahəsində yeni əməkdaşlığa başlayacaq
Bu məqsədlə gələn ay Türkiyə Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin nümayəndələri, həmçinin Toxum Sənayesi və İstehsalçıları Alt Birliyinin (TSİAB) idarə heyətinin üzvləri ölkəmizə səfərə gələcək. Səfərlə əlaqədar olaraq TSİAB-ın baş katibi Tayfur Çağlayan artıq Azərbaycandadır.
Tayfur Çağlayan Lent.az-a açıqlamasında bildirib ki, 4-8 sentyabr tarixlərində reallaşacaq səfərdə qardaş ölkədən 45 nəfərin gəlişi nəzərdə tutulub: “Biz Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə görüşəcəyik. Gördüyümüz işin bu qurum tərəfindən rəsmi şəkildə dəstəklənməsi bizim üçün vacib şərtlərdən biridir. Çünki bizim kəşf etdiyimiz toxumların Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tanınması lazımdır. Dünən nazir müavini ilə ilkin görüşümüz zamanı görüləcək işlər barəsində danışdıq”.
Tayfur Çağlayan ilk olaraq Azərbaycana səfər etdiklərini qeyd edib: “İlk olaraq qardaş ölkəylə əməkdaşlığa başlamağımız heç də səbəbsiz deyil. Bir millət, iki dövlət olduğumuzu bir daha sübut etmək üçün buraya gəldik. İlk olaraq hər iki ölkənin toxum sektorunda əldə olunan nailiyyətlər və görüləcək işlər planlaşdırılacaq. Daha sonra isə yerli və türk firmaları arasında toxum ticarətinin inkişafı ilə bağlı əməkdaşlıq müzakirə olunacaq”.
Xəyalə

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28