ARDNŞ bu il dövlət büdcəsinə 685 milyon manat ödəyib
16 avqust 2011 17:40 (UTC +04:00)

ARDNŞ bu il dövlət büdcəsinə 685 milyon manat ödəyib

Lent.az-ın ARDNŞ-in saytına istinadən məlumatına görə, bu göstərici 2010-cu ilin iyul ayı ilə müqayisədə 48 milyon 463 min manat və ya 154,5 faiz çoxdur.

ARDNŞ 2011-ci ilin yanvar-iyul aylarında büdcəyə 685 milyon 337 min manat ödəyib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 milyon 438 min manat (113,7 faiz) çoxdur.

Bundan başqa, bu ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 537 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyul aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 76 milyon 981 min manat təşkil edib. Bu isə 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 868 min manat və ya 105,3 faiz çoxdur.
# 522

Oxşar yazılar