Damğalanmamış 8013 ədəd qızıl məmulatı aşkarlanıb
15 avqust 2011 14:48 (UTC +04:00)

Damğalanmamış 8013 ədəd qızıl məmulatı aşkarlanıb

Lent.az-ın Maliyyə Nazirliyinin saytına istinadən xəbərinə görə, həyata keçirilən əyar nəzarəti zamanı, ümumilikdə 8013 ədəd qızıldan və 2937 ədəd gümüşdən hazırlanmış zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı aşkarlanıb.


Həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib və bütün məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.


Bunun nəticəsində sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 91 878 manat dövlət rüsumu ödənilib. Eyni zamanda, sahibkarlıq subyektlərinə 8 000 manat məbləğində inzibati cərimə tətbiq edilib.
# 568

Oxşar yazılar