1500 manata “Tofaş”, 1600 manata “Daewoo”
15 avqust 2011 14:45 (UTC +04:00)

1500 manata “Tofaş”, 1600 manata “Daewoo”

Lent.az-ın komitənin saytına istinadən xəbərinə görə, sentyabrın 13-də keçiriləcək hərraca iki maşın çıxarılacaq.

Onlardan biri “TOFAŞ”, digəri isə “Daewoo”dur.
Qeyd edək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.


Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır.

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

10% məbləğində beh Milli Bankda – 0132010004944 nömrəli hesaba köçürülməlidir.


S/N

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti (manatla

10 % beh

1.

Tofaş Şahin

1998

1503

150

2.

DAEWOO LEGANZA

2001

1606

161

# 610

Oxşar yazılar